Dünyada borcların ümumi məbləği rekord həddədir

Dünyada 2017-ci ildə dövlət və özəl borcların ümumi məbləği 184 trilyon ABŞ dolları təşkil edib.

Bu məbləğ dünya ÜDM-nin 225 faizinə bərabərdir.

Ümumi borcların adambaşına məbləği 86 min dollardan çoxdur ki, bu da adambaşına düşən gəliri 2,5 dəfədən artıq üstələyir.

Ən böyük borc alan ölkələr olan ABŞ, Çin və Yaponiyanın payına bütün borcların yarısından çoxu düşür. Həmin məbləğ onların ümumdünya istehsalatındakı payından çoxdur.

BVF-nun sənədi 190 ölkənin statistik məlumatlarına əsaslanır.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31