Ərdoğan: "Gecikmişik..."
14 Dekabr 2018 13:54 DünyaTürkiyə Suriyanın şimalında terrorla mübarizəni başlamaqda gecikib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bundan sonra Türkiyə Suriyanın şimalında terrorçuluğa qarşı fəal və qətiyyətli mübarizə aparacaq:
"Tezliklə Türkiyə Silahlı Qüvvələri Suriyanın Mənbic şəhərini PYD/YPG terrorçularından azad edəcək".
Xatırladaq ki, bir neçə gün əvvəl R.T.Ərdoğan Mənbicin azad olunması üçün əməliyyatın yaxın günlərdə başlayacağını demişdi.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31