Lukaşenko Əsədə yardım göndərir

Belarus Suriyaya 467 min dollar dəyərində humanitar yardım göstərəcək.

Bu barədə Belarus hökuməti rəsmi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Suriyaya 2 ədəd MAZ avtobusu və yük maşını, geyim, ayaqqabı, süni ürək qapaqları, dərmanlar, quru süd və məktəbli ləvazimatları göndəriləcək.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31