Malidə terrorçular 47 dinc sakini güllələyərək qətlə yetiriblər

Malinin şərqində terrorçuların hücumu nəticəsində ikisi uşaq olmaqla 47 dinc sakin qətlə yetirilib.

Hücum Qao regionunun iki yaşayış məntəqəsində baş verib.

Bildirilib ki, onlarla terrorçu motosikletlərlə gələrək evlərə od vurublar və sakinləri güllələyiblər.

Avqustda Malidə yaraqlıların hücumu zamanı 4 hərbçi ölüb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31