Donald Tramp bayram qabağı Ağ evdə jurnalistləri qəbul etməyəcək

ABŞ Prezidenti Donald Tramp yeni il qabağı Ağ evdə KİV nümayəndələrinin ənənəvi qəbulunu və ziyafəti ləğv edib.

Məlumatı "Fox" televiziyası yayıb.

"Bu il qarfikə mətbuat üçün yeni il ziyafəti daxil edilməyib. Ancaq Ağ evə bayramqabağı ekskursiya etmək istəyən jurnalistlər və ailə üzvlərinin təklifi reallaşdırılacaq", - deyə Ağ evdən bildirilib.

Ötən il Donald Tramp xanımı Melana Trampla birlikdə jurnalistləri qəbul etsə də, qonaqlarla birlikdə şəkil çəkdirmək istəməmişdi.

Qeyd edək ki, KİV nümayəndələrinin yeni il qabağı Ağ evdə qəbulu ənənəsini ABŞ-ın 30-cu prezidenti Kalvin Kulica qoyub. O, 1923-1929-cu illərdə ABŞ-ın prezidenti olub. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31