Tramp etnik azlıqlarla bağlı qanun imzaladı
13 Dekabr 2018 19:20 DünyaYardım ayrılacaq milli azlıqlarla bağlı hesabat hazırlanır.
ABŞ Prezidenti Donald Tramp xristianlar, yezidilər və Yaxın Şərqdə yaşayan etnik azlıqlarla bağlı qanun layihəsini imzalayıb.
Sözügedən layihə bir müddət əvvəl ABŞ Konqresi tərəfindən təsdiq edilib.
Qanun layihəsi çərçivəsində ABŞ dövlət səviyyəsində bölgədə yaşayan etnik azlıqlara yardım ayıracaq.
Bu haqda danışan Donald Tramp "Bu qanun ABŞ-ın zülmə məruz qalan etnik azlıqlara etdiyi yardımın davamıdır", deyib.
Qeyd edək ki, yardım ayrılacaq milli azlıqlarla bağlı hesabat hazırlanır.(teleqraf.com)
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31