İstanbulun tarixi daş dövrünə qədər gedib çıxdı
13 Dekabr 2018 21:56 DünyaDaha əvvəl İstanbul və ətrafında bu cür tapıntıya rast gəlinməyib.
Beykozda aparılan araşdırmalarda tapılan daş fiqurlar İstanbuldakı həyat izlərinin Paleolit dövrünə qədər getdiyini göstərir.
İstanbul Universitetinin Arxeologiya fakültəsinin müəllimi Dr. Emre Güldoğan 2013-cü ildən bəri Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Silivri, Çatalca, Böyükçəkməcə, Sancaktepe, Beylikdüzü, Sultanbeyli, Tuzla, Şile və Çekmeköydə apardığı araşdırmalar nəticəsində önəmli tapıntılar əldə edib.
Güldoğanın Beykoz Bələdiyyəsinin dəstəyi ilə sentyabrda apardığı araşdırmalar nəticəsində istər İstanbul, istərsə də ölkə arxeologiyası baxımından önəmli olan tarix öncəsi yonma daş qalıqları ilə yanaşı daşına bilən qaya sənəti olaraq adlanan insan üzü şəklində daş, heyvan şəklində qırıq daş fiquru ilə üstü cızıqlı 2 daş əşya tapılıb.
Araşdırması ilə əlaqəli açıqlama verən Dr. Emre Güldoğan "İşlərimizdə ölkəmizin sərhədlərində az təmsil edilən və xüsusilə Paleolit dövrünün sonlarında dünyada fərqli yerlərdə rast gəlinən nümunələrlə qarşılaşdıq. Daha əvvəl İstanbul və ətrafında bu cür tapıntıya rast gəlinməyib. Onsuz da Beykozda bu cür tapıntı olmayıb. Bu il aparılan araşdırmalarda rast gəlinib",- deyib.
O, tapıntıların təbii olmadıqlarını qeyd edib. Güldoğan daşın üzərində müxtəlif yerlərdə qazma izləri, kənarlarında isə düzəltmə izlərinin tam göründüyünü bildirib.
E.Güldoğan tapılan daşların araşdırmalardan sonra İstanbul Arxeologiya Muzeyinə təhvil veriləcəyini və işlərə 2019-cu ildə Beykozda davam edəcəyini qeyd edib.
AzNews.az