İstanbulda ədliyyə binası təxliyə edilir - Bomba həyəcanı

Türkiyənin İstanbul şəhərində Büyükçekmece rayon ədliyyə binasından insanlar təxliyə olunur.

Təxliyəyə səbəb partlayış təhdididir.

Qeyd olunur ki, naməlum şəxs ədliyyəyə zəng edərək binaya partlayıcı maddə yerləşdirildiyini deyib.

Hazırda partlayıcı maddənin axtarışları aparılır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31