ABŞ-dan Yunanıstana ilk LNG partiyası ilin sonunadək çatdırılacaq
13 Dekabr 2018 17:54 DünyaABŞ-dan Yunanıstana maye qazın (LNG) ilk partiyası bu ilin sonuna kimi çatdırılacaq.
Bu barədə Yunanıstanın Ekologiya və Energetika Nazirliyindən bildiriblər.
Yunanıstanın DEPA qaz şirkəti ilə ABŞ-ın CHENIERE şirkəti arasında imzalanmış sazişə əsasən, 150 min kubmetr həcmdə qazın çatdırılması dekabrın 29-da baş tutacaq.
LNG yeni istifadəyə verilən "Revetus" LNG stansiyasının anbarına nəql ediləcək.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31