Yeni ili qarşılamaq üçün ən ucuz ölkələr
13 Dekabr 2018 17:38 DünyaGeridə buraxacağımız 2018-ci ilin son günlərində çoxları artıq yeni il üçün planlar qurmağa başlayıb. Bəziləri yeni ili yaşadıqları şəhərdə, digərləri isə müxtəlif ölkələrdə keçirmək niyyətindədirlər. "Biletall.com" son bloq yazısında bayram üçün ən ucuz ölkələrin siyahısını hazırlayıb:

1. Ukrayna - Səyahət üçün vizaya ehtiyac olmayan ölkələrdən biridir. Milli valyutası grivna, əhalisi 44,5 milyondur. Digər Avropa ölkələrinə nisbətən daha qənaətcil ölkə olan Ukraynada daha ucuz bir bayram keçirə bilərsiniz.

2. Bu sırada Albaniya qərarlaşıb. Əhalisi 2,8 milyon civarındadır. Valyutası isə lekidir. Albaniya sıxlığı sevməyənlər üçün yaxşı bir seçim olmaqla yanaşı, həm də digər Avropa ölkələrinə nisbətən daha az büdcə sərf etməyə imkan verir.

3. Siyahıda üçüncülük Gürcüstana məxsusdur. Onun valyutası lari, əhalisi isə 3,7 milyondur.

4. Balkanlarda yer alan Serbiya isə 4-cü cərgədə qərarlaşıb. Əgər ingilis dilində danışırsınızsa, bu ölkədə asanlıqla insanlarla əlaqə saxlaya bilərsiniz. Valyutası Serb dinarı olan ölkə təxminən 7 milyon əhaliyə malikdir.
azadinform