Rusiya və Suriya qarşılıqlı hesablaşmalara milli valyutadan istifadəni müzakirə edir

Dəməşqdə keçirilən Hökumətlərarası Komissiya çərçivəsində Rusiya və Suriya qarşılıqlı hesablaşmalara milli valyutadan istifadə üçün müzakirələr aparır.

Dəməşqdə keçirilən Hökumətlərarası Komissiya çərçivəsində Rusiya və Suriya qarşılıqlı hesablaşmalara milli valyutadan istifadə üçün müzakirələr aparır.

"Problemlər var. Ticarət balanslaşdırılmayıb. 9 aylıq göstəricilərə əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 300 mln. ABŞ dollarını keçib, bunun isə 296 mln. dolları Rusiyanın payına düşüb. Təbii ki, hesablaşma üçün rublun haradan əldə edilməsi ilə bağlı sual yaranır. İdeal sxem ticarətin və nağd pul kütləsinin balanslaşdırılmasını nəzərdə tutur. Bu mövzuda müzakirələr aparılacaq", - deyə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin Asiya, Afrika və Latın Amerikası departamentinin direktoru Yevgeni Popovbildirib. 

Onun sözlərinə görə, hazırda tərəflər, əsasən, rublla hesablaşırlar. Belə ki, həm Rusiya, həm də Suriya 3-cü ölkələrin birtərəfli sanksiyaları altındadır.

"Rusiyaya gəlincə, ticarət hesablaşmalarının hansı valyutada olması ilə bağlı sərhəd yoxdur. Ticarət iştirakçıları hansı valyutadan istifadə etməyə özləri qərar verirlər", - deyə o qeyd edib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31