Ərdoğan: “Türkiyə gəmisini yıxmağa çalışanlara fürsət verməyəcəyik”
13 Dekabr 2018 16:10 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Beştepe Millət Konqresi və Mədəniyyət Mərkəzində "İkinci 100 Günlük Fəaliyyət Planı"nın təqdimat mərasimində iştirak edib. Dövlət başçısı çıxışı cari ilin avqust ayının 3-də elan edilən 100 günlük planların hesabatını verməklə yanaşı, qarşıdakı müddətdə görüləcək işlər haqqında məlumat verib.
O deyib ki, 100 gün müddətində Türkiyənin yeni idarəetmə sisteminə keçidi ilə yanaşı, digər tərəfdən iqtisadi tərəfdən ölkəni diz çökdürməyə çalışanlara qarşı mübarizə apardıq: "Daxili və xarici müdaxilələrə baxmayaraq, hədəflərimizə çatmaq üçün önəmli mərhələyə qədəm qoyduq. Valyuta məzənnəmizin ucuzlaşması, faiz ilə iqtisadiyyatımıza zərbə vurmaq istəyənləri ziyana uğratdıq. Bu vasitələrdən hakimiyyətə təsir etmək istəyənlərin həvəslərini qursaqlarında qoyduq. Siyasi brokerlər, iqtisadçı və köşə yazarları dillərini uddular"
Ərdoğan söyləyib ki, qarşıdakı 100 gündə də fəaliyyət planı olduğu kimi davam edəcək: "Türkiyə gəmisini yıxmağa çalışanlara fürsət verməyəcəyik. Ölkəmizin, millətimizin düşmənlərinə qulaq asmayacağıq. Kirli planların, iqtisadi atıcıların, mənfəətpərəstlərin ölkəmizə daxil olmasına imkan verməyəcəyik. Onlarla çətinliklərə baxmayaraq, bu müddət ərzində 97 faiz icra reallaşdırdıq. 400 tədbirdən 340-nı tamamladıq. Bunlar arasında əhəmiyyətli, tarixi, ümidli və həyəcanlı layihələr var".
SİA