Yəhudi əsilli Natali Portman İsraili "irqçi" adlandırdı

Yəhudi əsilli məşhur amerikalı aktrisa Natali Portman İsrail parlamentinin qəbul etdiyi mübahisəli dövlət qanununu "irqçi" kimi xarakterizə edib.

Yəhudi əsilli məşhur amerikalı aktrisa Natali Portman İsrail parlamentinin qəbul etdiyi mübahisəli dövlət qanununu "irqçi" kimi xarakterizə edib. 

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, "Al-Quds Al-Arabiya" qəzetinə müsahibə verən Portman İsraildə bu il təsdiqlənən Yəhudi Dövlət Qanununu tənqid edib.

Qeyd edək ki, Hollivud ulduzu 2 milyon dollarlıq "Genesis" mükafatından imtina edib. O, fələstinlilərə edilən hücumu qəbul etmədiyinə görə, İsrail tərəfindən Qüdsdə təqdim ediləcək mükafatdan üz çevirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31