KİV: Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək
13 Dekabr 2018 15:29 DünyaAvropa İttifaqının Brüssel zirvə görüşünün iştirakçı ölkələri Ukraynanın Azov dənizindəki hadisə nəticəsində zərər çəkən bölgələrinə yardım təklifi irəli sürəcək, lakin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə razılıq verməyəcək.
Sammitin nəticələrinə dair layihəyə əsasən, üzv dövlətlər arasındakı fikir ayrılıqları üzündən Rusiyaya qarşı yeni sanksiyalar məsələsinə yer ayrılmayıb.
Belə ki, bəzi ölkələr tərəfindən yeni sanksiyalara çağırışa baxmayaraq, bu barədə razılığa nail olunmadığından mövcud sanksiyaları davam etdirməyə üstünlük veriləcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31