Ermənistanı dəhşətli günlər gözləyir: yanvarın 1-dən...

Ermənistanda təbii qazın qiymətinin bahalaşacağı gözlənilir.

Bu barədə "Jamanak" qəzeti yazıb.

Qəzet qeyd edir ki, təbii qazın qiymətinin endirilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparılmır: "Bu, 2019-cu ilin 1 yanvar tarixindən etibarən Rusiyanın Ermənistana təbii qazı daha baha satacağı deməkdir. Nəticədə istehlakçılar təbii qaza görə daha çox pul ödəyəcəklər".

Qeyd edək ki, Rusiya Ermənistana 1000 kubmetr qazı 150 dollara satır. Gözləntilərə görə, bu, gələn ildən 240-250 dollar olacaq.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31