Eyfel qülləsi qaranlığa büründü - FOTO
13 Dekabr 2018 13:07 DünyaDekabrın 13-də Fransada Strasburq faciəsinin qurbanlarının xatirəsini anmaq məqsədilə Eyfel qülləsinin işıqları söndürülüb.
Bu haqda Fransa paytaxtının meri Ann İdalqoöz "Twitter" hesabında məlumat yayıb.
Qurbanların xatirəsini anmaq və qohumlarına dəstək olmaq üçün qüllənin işıqları saat 00:00-da söndürülüb.
Xatırladaq ki, dekabrın 11-i, axşam saatlarında Strasburqda 29 yaşlı Şərif Şekat milad yarmarkasına toplaşanlara atəş açaraq, aradan çıxıb. Silahlı hücum nəticəsində üç nəfər ölüb, 13 nəfər yaralanıb. Şəhərin meri hadisənin terror aktı olduğunu təsdiqləyib.
Sonradan məlum olub ki, atəş açan şəxs əvvəllər məhkumluq həyatı yaşayıb və terrorda şübhəli bilinən şəxs kimi yerli təhlükəsizlik orqanlarının "radar"ında olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31