Rusiya Cənubi Qafqaz dövlətini hədələdi

NATO Baş katibi Yens Stoltenberq və ABŞ Dövlət katibi Mayk Pompeonun bir müddət öncə Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyən açıqlamaları provokasiyadır.

Bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

"Belə məsuliyyətsiz bəyanatlar 2008-ci ilin avqustunda Tiflisi cinayətkar hərbi avantüraya vadar etdi. Burada əsas narahatlıq yaradan məqam ABŞ və NATO-nun Gürcüstan ərazisində hərbi fəaliyyətidir. Gürcüstan tərəfini yad maraqların öncülü olmaq yerinə qonşularıyla münasibətləri yoluna qoymağa cəhd etməyə çağırırıq", - deyə o bildirib

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31