Avropa Rusiyanın nəhəng layihəsini məhv etdi

Avropa Parlamenti “Şimal axını 2” qaz kəmərininin tikintisini qınayan qətnamə qəbul edib. Qətnamənin lehinə 433 deputat, əleyhinə 105 deputat səs verib. Qətnamədə bu layihənin Avropa enerji təhlükəsizliyinə təhdid yaratdığı vurğulanıb.

Avropa Parlamenti "Şimal axını 2" qaz kəmərininin tikintisini qınayan qətnamə qəbul edib.

Qətnamənin lehinə 433 deputat, əleyhinə 105 deputat səs verib. Qətnamədə bu layihənin Avropa enerji təhlükəsizliyinə təhdid yaratdığı vurğulanıb.

Parlamentarilər Ukraynanın Avropa enerji şəbəkəsində həlledici rol oynadığını, bunun üçün də qaz kəməri tikintisinin dayandırılmalı olduğunu bildiriblər.

Qəbul edilən qətnaməyə Rusiyadan ilk reaksiyanı Federasiya Şurasının üzvü Aleksey Puşkov verib. O, bu qətnamənin ABŞ-ın Almaniyaya qarşı təzyiqlərinin nəticəsi olduğunu bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31