Vyetnamda daşqınlar 14 nəfərin ölümünə səbəb olub - VİDEO
13 Dekabr 2018 11:49 DünyaVyetnamda ölkənin mərkəz hissəsini cənginə alan leysan yağışları nəticəsində baş verən daşqınlar 14nəfərin ölümü ilə nəticələnib, daha 1 nəfər isə itkin düşüb.
Vyetnamın mərkəzi hissəsində güclü leysan yağışları dekabrın 8-də başlayıb.
Təbii fəlakətlər barədə xəbərdarlıq və onların qarşısının alınması üzrə Komitədən (NDPC) bildirilib ki, təbii fəlakətdən ən çox zərəri Bindin vilayəti görüb. Vilayətdə 6 nəfər daşqınların qurbanı olub. Eyni zamanda Kuanqnam, Kuanqçi və Txıatxen Hyue vilayətlərində bir neçə nəfər ölüb.
Hökumətin məlumatlarına görə, bölgədə onminlərlə ev su altında qalıb. Dekabrın 12-nə olan məlumata görə, su səviyyəsi artıq azalır və yerli sakinlər fəlakətin törətdiyi fəsadları aradan qaldırmağa çalışırlar.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31