ABŞ Türkiyəni Suriyanın şimal-şərqində əməliyyat aparmamağa çağırıb

ABŞ Türkiyəni Suriyanın şimal-şərqində əməliyyat aparmamağa çağırıb.

Bu bəyanatla Pentaqon nümayəndəsi Şon Robertson çıxış edib.

"İstənilən tərəfin Suriyanın şimal-şərqində, xüsusilə də, Amerika hərbçilərinin ərazidə mövcud və ya ora yaxın ola biləcəyini nəzərə alaraq, birtərəfli qaydada hərbi əməliyyatlar aparması ciddi narahatlıq doğurur. Hesab edirik ki, belə əməliyyatlar yolverilməzdir", - deyə o bildirib.

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin qarşıdakı günlərdə Suriyanın şimal-şərqində, Fərat çayının şərq sahilində əməliyyata başlamaq niyyətində olduğunu bildirib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31