Trampın keçmiş vəkili 3 il müddətinə həbs olunub
13 Dekabr 2018 11:23 DünyaNyu-Yorkun Cənubi Dairə Məhkəməsi ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koeni seçki kampaniyası qanunlarını pozduğuna görə üç il müddətinə həbs cəzasına məhkum edib.
Bu barədə hökmü məhkəmə hakimi Uilyam Puli oxuyub.
"Mən sizi seçki kampaniyasının maliyyələşdirilməsi qanununu pozduğunuz üçün 36 ay....Konqresə saxta ifadə verdiyinizə görə isə2 ay müddətinə həbs cəzasına məhkum edirəm", - deyə o bildirib.
Bundan əvvəl Nyu-Yorkun yeni baş prokurorunun Donald Tramp və onun ailəsi barəsində araşdırmalar aparacağı xəbər verilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31