Maduro Trampa dialoqa başlamağı təklif edib
13 Dekabr 2018 11:16 DünyaVenesuela prezidenti Nikolas Maduro Amerika lideri Donald Trampa açıq dialoqa başlamağı təklif edib.
O bunu çərşənbə günü keçirilən mətbuat konfransı zamanı deyib.
"Əgər Tramp istəsəydi və Obamanın Venesuelaya qarşı uğursuzluğa düçar olmuş siyasətini, öz siyasətini dəyişmək qərarına gəlsəydi, mən danışılmalı olan bütün mövzular üzrə dialoq aparmaq üçün onun qulluğunda hazıram", - deyə Maduro bildirib.
Lakin o həm də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu onun devrilməsi və qətli ilə bağlı plan hazırlamaqda ittiham edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31