Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
13 Dekabr 2018 10:59 DünyaBöyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının lideri baş nazir Tereza Mey mühafizəkar deputatların dəstəyini alıb və vəzifələrini qoruyub saxlayıb.
Keçirilən etimad səsverməsində Meyi 200 deputat dəstəkləyib, onun əleyhinə isə 117 nəfər səs verib.
Qeyd edək ki, Mühafizəkarlar Partiyasının nizamnaməsində əks olunan qaydalara görə yeni etimad səsverməsi ən azı 1 il ərzində keçirilə bilməz.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31