Strasburqdakı qanlı gecə ilə bağlı merdən açıqlama

Dekabrın 11-də Strasburq şəhərində baş verən silahlı insident terror hücumu olub. Bunu Strasburq şəhərinin meri Rolan Ris mətbuat konfransında bildirib.

Dekabrın 11-də Strasburq şəhərində baş verən silahlı insident terror hücumu olub.

Bunu Strasburq şəhərinin meri Rolan Ris mətbuat konfransında bildirib.

Xatırladaq ki, dekabrın 11-də axşam saatlarında Strasburq şəhərinin mərkəzindəki yeni il yarmarkasında naməlum şəxs ətrafdakı insanlara atəş açıb. Son məlumata əsasən, insident nəticəsində ən azı 3 nəfər həlak olub, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. KİV-lərin məlumatına görə, hücumda 29 yaşlı Strasburq sakini şübhəli bilinir. Hadisə yerindən qaçan cinayətkarın axtarışına hüquq mühafizə orqanlarının yüzlərlə əməkdaşı səfərbər olunub.

"Dünən baş verənlər, şübhəsiz ki, terror aktı olub, terror hücumu formasında olub", - şəhər meri belə deyib. Bununla yanaşı, o qeyd edib ki, cinayətkarın motivasiyası hələlik sonadək müəyyən edilməyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31