Donald Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
12 Dekabr 2018 17:36 DünyaABŞ-ın Nyu-York şəhərinin yeni seçilən Baş prokuroru Letisia Ceyms PrezidentDonald Tramp və ailə üzvləri, həmçinin onun ətrafındakılardan qanunu poza biləcək hər kəs barəsində geniş araşdırmalar aparmaq niyyətindədir.
L.Ceyms bu barədə "NBC News" telekanalına müsahibəsində bildirib.
"Biz prezident Tramp və onun işgüzar əməliyyatları, habelə ailəsi barəsində araşdırma aparmaq üçün hüququn bütün sahələrini işə salacağıq", - gələn ilin yanvar ayından vəzifəsinin icrasına başlayacaq L.Ceyms seçiləndən sonra ilk müsahibəsində deyib.
Baş prokurorun dediyinə görə, araşdırmalar D.Trampın Nyu-Yorkda daşınmaz əmlakla bağlı mümkün qanunsuz işlərini, 2016-cı il iyun ayında "Trump Tower" da keçirilən və "Rusiya davası"nda hallanan görüşü, onun aldığı dövlət subsidiyalarını, "Trump Foundation"la bağlı məsələləri əhatə edəcək.
report