Gürcü müxalifəti aksiyalara başlayır: Hədəf…
12 Dekabr 2018 17:20 DünyaGürcüstanın Güc Birlikdədir koalisiyası dekabrın 16-da Salomi Zurabişvilinin inauqurasiyasının keçirildiyi Telavi şəhərində etiraz aksiyası keçirəcək.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstan prezidentliyinə eks-namizd Qriqol Vaşadze deyib. Onun sözlərinə görə, hökumət müxalifətin kompromis təkliflərinə qulaq asmadığı üçün Telavidə etiraz aksiyası keçiriləcək. O, Telavi ilə bərabər daha bir neçə şəhərdə etiraz aksiyalarının olacağını bildirib.
Qeyd edək ki, Zurabişvilinin inauqurasiya mərasimi Telavinin 10 kilometrliyində yerləşən Çinandali kəndində baş tutacaq. Burada Zurabişvili inauqurasiyadan öncə məşhur gürcü şairi və siyasətçisi, Gürcüstanın azadlığının əsas tərəfdarlarından biri İlya Çavçavadzenin qəbrinə çələng qoyacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31