CNPC İranın qaz yatağına investisiya qoyuluşunu dayandırıb
12 Dekabr 2018 16:45 DünyaÇinin Milli Neft-Qaz Şirkəti (CNPC) İranın "Cənubi Fars" qaz yatağına investisiyaları dayandırıb.
Bu barədə qərar Pekində Çinlə ABŞ arasında keçirilən dörd mərhələli danışıqlar zamanı ABŞ tərəfinin "Cənubi Fars" yatağına sərmayə yatırmamaq tələbindən sonra verilib.
Hazırda nə CNPC, nə də İran tərəfi sərmayələrin dayandırılması xəbərini şərh edir.
Xatırladaq ki, noyabrın 25-də İranın neft nazir Bijan Namdar Zəngənə Fransanın "Total" konserni əvəzinə CNPC-nin "Cənubi Fars" layihəsinin 11-ci fazasına rəsmən qoşulduğunu açıqlamışdı.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31