Strasburqda atışma törədən şəxs 27 dəfə məhkum edilib

Dünən axşam Fransanın Strasburq şəhərində keçirilən Milad yarmarkasında atışma törədən şəxs Fransa, Almaniya və İsveçrədə törətdiyi cinayətlərə görə 27 dəfə məhkum edilib.

Dünən axşam Fransanın Strasburq şəhərində keçirilən Milad yarmarkasında atışma törədən şəxs Fransa, Almaniya və İsveçrədə törətdiyi cinayətlərə görə 27 dəfə məhkum edilib.

Bu barədə çərşənbə günü Paris prokuroru Remi Eytz bildirib.

"Onun uzun illərdir qanunlara riayət etməklə bağlı problemi var. 27 dəfə məhkum olunub. Fransa, Almaniya və İsveçrədə törətdiyi müxtəlif cinayətlərə görə dəfələrlə həbs edilib", - prokuror qeyd edib.

Xatırladaq ki, daha əvvəl atışmanı törədən şəxsin kimliyi müəyyən edilib. Bu, 29 yaşlı Strasburq sakini Şərif Şekatdır.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31