Həbsxanada çeçenlər və inquşlar arasında kütləvi dava
12 Dekabr 2018 15:11 DünyaKabardin-Balkariya respublikasındakı 3 nömrəli həbsxanada çeçenlər və inquşlar arasında kütləvi dava olub.
Bu barədə Çeçenistanın ictimai palatasının mətbuat xidməti məlumat yayıb.
Çeçenistanlı millət vəkili Adam Delimxanovun rəhbərlik etdiyi nümayəndə heyəti məlumatı dəqiqləşdirmək üçün 3 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib.
Həbsxana rəhbərliyi qeyd edib ki, kütləvi dava milli münaqişə zəmnində baş verməyib.
"Kavkazskiy uzel" qəzeti yazır ki, bir müddət əvvəl sözügedən həbsxanada çeçenlər və inquşlar arasında milli zəmndə münaqişə baş verə biləcəyi barədə xəbərdarlıq etmişdilər. Tərəflər arasında mübahisəli sərhəd məsələsi var.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31