Kosmonavtlar kosmik yürüşə çıxdılar
Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən rus kosmonavtlar “Soyuz” kosmik aparatında meydana gələn sızıntını incələmək üçün kosmik yürüşə çıxıblar.
12 Dekabr 2018 15:09 DünyaBeynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən rus kosmonavtlar "Soyuz" kosmik aparatında meydana gələn sızıntını incələmək üçün kosmik yürüşə çıxıblar.
Oleq Kononenko və Sergey Prokopyev 6 saat kosmik yürüş ərzndə "Soyuz MS-09" kosmik aparatı xaricdən incələyiblər.
Kosmonavtlar avqust ayında hava təzyiqinin düşməsinə səbəb olan və içəridən yamanan dəliyi xaricdən tədqiq edərək nümunələr toplayıblar.
Amerikalı və kanadalı kosmonavtlar isə dekabr ayının əvvəlində bu kosmik yürüşün həm fiziki, həm də texniki cəhətdən çətin bir tapşırıq olduğunu açıqlamışdılar.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31