Arvadı 66 maşın aldı, məmuru işdən qovdular

Rusiyanın Nəqliyyata Nəzarət Federal Xidmətinin (Rostransnadzor) məmuru həyat yoldaşının 66 avtomobilinə görə işdən qovulub.

Bu barədə Rusiyanın Baş Prokuroru Yuri Çayka danışıb.

"Federal Xidmətdə çalışan məmur prokurorluğun apardığı yoxlamalardan sonra işdən qovulub. Onun həyat yoldaşının 66 maşın aldığı məlum olub. Lakin ailənin gəlirləri bunu həyata keçirəcək səviyyədə deyil", - Çayka bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31