Poroşenko: "Cənab Putin, bu müharibədir!"

Kerç hadisəsi müharibə aktıdır.

Bunu "Foks Nyus" televiziyasında çıxışı zamanı Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

"Cənab Putin, bu, aqressiya aktıdır, cənab Putin, bu müharibədir; bu, zarafat deyil, insident deyil, böhran deyil. Sizin nizami ordunuz Ukraynanın hərbi gəmilərinə beynəlxalq sularda hücum ediblər. Bunun başqa cür izahı yoxdur", - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31