Qaydulyan rus tamaşaçıları söydü: "Qoyun sürüsü…"- Video

Rusiyalı aktyor Andrey Qaydulyan Petropavlovsk-Kamçatskidə tamaşa zamanı tamaşaçıları yaramaz davranışlarına görə danlayıb.

Aktyorun monoloqu yerli "Kam24" saytında yerləşdirilib.

"Murlin Murlo və ya Bütün qadınlar sevgi istəyir" adlı tamaşadan sonra Qaydulyan zala müraciət edərək, onları iyrənc auditoriya adlandırıb.

"İnsanlar replika zamanı zaldan qışqırırdılar. Bu, yaramazlıqdır. Baxın, bu söz orada yazılıb: Qoyun sürüsü" - aktyor barmağı ilə dekoru göstərib", - aktyor bildirib.

Qaydulyan həmçinin şikayət edib ki, tamaşanın ikinci hissəsini ümumiyyətlə oynamaq mümkün olmayıb. Yayılan kadrlardan da görünür ki, tamaşaçılar həqiqətən də hər çıxışı zamanı aktyorun sözünü kəsiblər.

"Kamçatka konsert-filarmoniya birliyinin" direktoru Aleksandr Krasnonosenkix faktla bağlı açıqlama verib:

"Tamaşanın ikinci hissəsində bir neçə tamaşaçı səslərini yüksəldərək, replikalar atmağa başladılar. Aktyor onlara irad bildirdi və hər şey bununla bitdi".

kult.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31