ABŞ “Ukrayna xalqının soyqırımı”nı tanıdı
12 Dekabr 2018 12:03 DünyaABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynada 1932-33-cü illərdəki aclığı "Ukrayna xalqının soyqırımı" kimi tanıyıb.
Bu barədə ABŞ-ın Kiyevdəki səfirliyi informasiya yayıb.
Qəbul edilən sənəddə sovet hakimiyyəti tərəfindən insan hüquqlarının, həmçinin Ukrayna xalqının öz müqəddəratını təyinetmə hüququnun, söz azadlığının pozulması pislənib.
Xatırladaq ki, 1930-cu illərdə SSRİ-ni cənginə alan aclıq nəticəsində müxtəlif mənbələr 2-8 milyon arası insanın həlak olduğunu yazırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31