Fransa polisi Strasburqda xüsusi əməliyyat keçirir

Fransanın hüquq-mühafizə orqanları Strasburq şəhərindəki kafedral kilsə yaxınlığında əməliyyat keçirir.

Əməliyyatın detalları barədə məlumat verilmir.

RİA "Novosti"nin yerli sakinlərə istinadən verdiyi məlumata görə, atışma hadisəsindən sonra Fransa və Almaniya arasındakı sərhəd bağlanıb.

Qeyd edək ki, dünən axşam 29 yaşlı Şərif Şekat Strasburqun mərkəzində atışma törədib.

Şəhər meri Roland Raysın verdiyi məlumata görə, atışma nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

Fransa Prokurorluğundakı mənbə isə hadisənin araşdırılması ilə qurumun Parisdəki terrorla mübarizə bölməsinin məşğul olduğunu söyləyib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31