Britaniya investorlar üçün “qızıl viza”ların verilməsini dayandırmayıb

Böyük Britaniya hökuməti investorlar üçün "qızıl viza"ların verilməsinə dair proqramı dayandırmayıb.

"Birinci dərəcəli investor vizası" hələlik dayandırılmasa da, ölkənin Daxili İşlər Nazirliyi (DİN) gələcəkdə qaydaları dəyişdirmək niyyətindədir.

Xatırladaq ki, kütləvi informasiya vasitələri bundan əvvəl nazirliyə istinadən həmin vizalar üçün ərizə qəbulunun dekabrın 7-dən dayandırılacağını, yalnız qaydalara dəyişiklik ediləndən sonra yenidən davam etdiriləcəyini bildirmişdi. Yeni qaydaların gələn il tətbiq ediləcəyi gözlənilsə də, nəşrin qeyd etdiyi kimi, dəyişikliyin məhz nədən ibarət olacağı və nə vaxt qüvvəyə minəcəyi hələlik məlum deyil.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31