Tereza Mey Berlində Merkel ilə danışıqlar öncəsi maşında ilişib qalıb - VİDEO
12 Dekabr 2018 11:51 DünyaBritaniyanın baş naziri Tereza MeyAlmaniya kansleri Angela Merkel ilə danışıqlar aparmaq üçünBerlinə gedib, lakin həmkarı ilə görüşmək üçün bir müddət avtomobildən düşə bilməyib.
Kadrlarda görünür ki, britaniyalı baş nazirin içərisində olduğu "Mercedes" markalı avtomobilə onun qapısını açmaq üçün bir qadının yaxınlaşır, lakin onu aça bilmir.
Bir neçə cəhddən sonra isə qadın sürücünün müdaxiləsi sayəsində qapını açıb və Tereza Mey avtomobildən düşüb.
Baş verənləri Almaniya kansleri Angela Merkel kənardan izləyib.
Bundan əvvəl Tereza Meyin parlamentdə "Brexit" üzrə səsvermənin təxirə salınmasından sonra Aİ ölkələrinə səfərə başladığı məlumat verilmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31