Litva Rusiyanı SWIFT pulköçürmə sistemindən çıxartmağı təklif edib
12 Dekabr 2018 11:43 DünyaLitva hökuməti Moskva Kerç boğazıvə Ukraynanın işğal olunmuş əraziləri üzərində nəzarəti BMT-yə verməyəcəyi təqdirdə, Rusiyanı SWIFT banklararası pulköçürmə sistemindən çıxartmağı təklif edib.
Bundan əlavə Litva daha effektli variant kimi Rusiya iqtisadiyyatının maliyyə və neft-qaz sektoruna təzyiqi gücləndirmək fikrini irəli sürüb.
Dekabrın 7-də Litva hökuməti Kerç boğazında baş vermiş insidentlə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul edib.
REPORT
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31