Tramp 2 həftə ərzində Ağ Evin əməkdaşları aparatının yeni başçısını təyin etmək istəyir
12 Dekabr 2018 11:27 DünyaABŞ prezidenti Donald Tramp 2 həftə ərzində Ağ Evin əməkdaşları aparatının yeni başçısını təyin etməyi planlaşdırır.
Bu barədə D.Tramp ABŞ Senatında və Konqresin nümayəndələr Palatasında demokratlar fraksiyalarının liderləri ilə Ağ Evdə keçirilən görüşdən sonra jurnalistlərə bildirib.
D.Tramp deyib: "Bizdə [Ağ Evin] əməkdaşlar aparatının rəhbəri vəzifəsini tutmaq istəyən çox sayda insan var. Tezliklə nə baş verəcəyini görəcəyik. Biz tələsmirik. Bir və ya iki həftə ərzində vəzifəni kimin tutacağını elan edəcəyik".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31