Bu gün Strasburqda matəm elan ediləcək
12 Dekabr 2018 11:24 DünyaBu gün Fransanın Strasburq şəhərində matəm elan ediləcək.
Bu barədə Strasburqun meri Rolan Ris bildirib.
R.Ris deyib: "Sabah şəhərdə matəm olacaq. Biz milad yarmarkalarını bağlayacağıq, teatrlar və konsertləri təxirə salacağıq".
Xatırladaq ki, ötən gün Fransanın Strasburq şəhərində silahlı şəxs insanlara atəş açmağa başlayıb. İnsident nəticəsində 4 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
Fransa hakimiyyəti baş verən atışmanı terror aktı kimi dəyətləndirir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31