"Facebook"un Kaliforniyadakı qərargahında partlayış təhlükəsi təsdiqini tapmayıb

ABŞ-ın Menlo-Park şəhərində (Kaliforniya ştatı) yerləşən "Facebook" şirkətinin qərargahında partlayıcı qurğunun olması barədə məlumat təsdiqini tapmayıb. Bu barədə Menlo-Park şəhərinin polis idarəsinin "Twitter" səhifəsində bildirilir.

ABŞ-ın Menlo-Park şəhərində (Kaliforniya ştatı) yerləşən "Facebook" şirkətinin qərargahında partlayıcı qurğunun olması barədə məlumat təsdiqini tapmayıb.

Bu barədə Menlo-Park şəhərinin polis idarəsinin "Twitter" səhifəsində bildirilir.

Bildirilir ki, təhlükəsizlik baxımından kampusda yerləşən bir neçə bina təxliyə edilib. Yoxlamaların nəticələrinə görə, şübhəli bağlama və ya qurğu aşkar edilməyib.

Xatırladaq ki, daah əvvəl ABŞ-ın Menlo-Park şəhərində (Kaliforniya ştatı) "Facebook" şirkətinin kampusu ərazisində yerləşən binalardan birinin təxliyə edildiyi bildirilirdi. Binanın təxliyə edilməsinə səbəb binada partlayıcı qurğunun olması barədə daxil olan məlumat olub.

Qeyd edək ki, "Facebook"un qərargahında 15 minə yaxın əməkdaş çalışır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31