Beyons və Klintonun qatıldığı MÖHTƏŞƏM TOY: Qonaqlar 100 heliokopterlə daşındı və...

Dünyanın ən varlı 19-cu insanı olan hindistanlı Mukeş Ambaninin qızı İşa Ambani bir başqa milyarderin oğlu Anand Piramal ilə evlənib.

Dünyanın ən varlı 19-cu insanı olan hindistanlı Mukeş Ambaninin qızı İşa Ambani bir başqa milyarderin oğlu Anand Piramal ilə evlənib.

Toyda amerikalı müğənni Beyons səhnə alıb.

Qonaqlar arasında ABŞ-ın sabiq prezidenti Bill Klintonun həyat yoldaşı Hillari Klinton da olub. Həmçinin yazıçı Arianna Haffinqton da dəvətlilər arasında yer alıb. Qonaqları toya 100 ədəd təyyarə daşıyıb.

Həftəsonu başlayan toy çərşənbə günü nikah mərasimi ilə başa çatacaq.

Gəlinin atası 47 milyard dollarlıq sərvəti ilə Hindistanın ən varlı adamıdır. Bəyin atasının isə 5,4 milyard dollar sərvəti var. Ambani ailəsi Mumbayda dünyanın ən bahalı evində yaşayır.

"Antilia" adlı 27 mərtəbəli evin dəyəri bir milyard dollardan çoxdur. Evin müxtəlif mərtəbələrində bağçalar və 3 helikopter meydançası var.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31