ABŞ Prezidenti sərhəddəki divarla bağlı 86 dəfə yalan danışıb

ABŞ Prezidenti Donald Tramp noyabr ayında Konqresə keçirilən ara seçkiləri zamanı Meksika sərhədində divar inşasına dair yalanı 86 dəfə təkrarlayıb.

ABŞ Prezidenti Donald Tramp noyabr ayında Konqresə keçirilən ara seçkiləri zamanı Meksika sərhədində divar inşasına dair yalanı 86 dəfə təkrarlayıb.

Meksika sərhədində divar inşasının seçki proqramında mühüm yer tutduğu D.Tramp prezident seçiləndən az sonra inşa işlərinə maliyyə ayırması üçün Konqresə müraciət etmişdi. Lakin bu məsələ baş tutmadı, çünki Konqres bu ilin əvvəlində sərhəd təhlükəsizliyinə vəsait ayırmışdı və həmin pullar divar inşasına sərf oluna bilməzdi.

Buna baxmayaraq, Tramp qələbə çaldığını elan edərək mart ayındakı nitqi zamanı "Biz divarımızın tikintisinə başladıq" deyərək, bununla fəxr etdiyini vurğulamışdı.

Yazıda Prezident Donald Trampın sadəcə ayrı-ayrı səhvlərə və ya təhriflərə yol vermədiyini, milli müzakirələr əsnasında məqsədli şəkildə yalan danışdığı göstərilib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31