Ermənistanda rusiyalı hərbçi qətl törətməkdə şübhəli bilinir

Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasının hərbçisi yerli sakin olan bir xanımı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda hadisənin təfərrüatı açıqlanmır.

Daha əvvəl verilmiş məlumata əsasən, dekabrın 3-də Gümrü şəhərində 57 yaşlı xadimənin döyülərək öldürülməsilə bağlı cinayət işi başlanılıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31