BMT suriyalı qaçqınlar üçün vəsait ayıracaq
BMT-nin "2019-2020-ci illər üçün Türkiyə, İraq, İordaniya, Livan və Misirdəki suriyalı qaçqınlara yardıma dair məhəlli planı" 5,5 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı nəzərdə tutur.
11 Dekabr 2018 15:53 DünyaBMT-nin "2019-2020-ci illər üçün Türkiyə, İraq, İordaniya, Livan və Misirdəki suriyalı qaçqınlara yardıma dair məhəlli planı" 5,5 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı nəzərdə tutur.
Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
Bildirilir ki, qeyd olunan ölkələrdə cəmi 5,6 milyon suriyalı qaçqın qeydiyyatdadır və onların arasında 1 milyonadək körpə var.
Adı çəkilən plan suriyalı qaçqınları qəbul edən və sayı 3,9 milyon nəfər olan yerli icmalara da yardım ayırmağı nəzərdə tutur.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31