Qaşıqçı "İlin adamı" olmağa namizəddir
"Time" jurnalı "İlin adamı" adı üçün təyin olunan finalçıları açıqlayıb.
11 Dekabr 2018 14:33 Dünya"Time" jurnalı "İlin adamı" adı üçün təyin olunan finalçıları açıqlayıb.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, jurnalın namizədləri arasında 2016-cı ildə bu mükafatı alan ABŞ prezidenti Donald Tramp, Vladimir Putin və Tomas Müller də yer alır.
Siyahıda cinayətə qurban gedən və cəsədinin harada olduğu bilinməyən səudiyyəli jurnalist Camal Qaşıqçının olması təəccüb doğurub.
"Time" jurnalının rəsmi internet saytında Camal Qaşıqçı cinayəti beynəlxalq reaksiyaya və Səudiyyə rejiminin dərindən öyrənilməsinə yol açdı ifadələri işlənib.
Siyahıda Məhəmməd İbn Salmanın da yer alması diqqətdən yayınmayıb.
Qeyd edək ki, "İlin adamı" sabah açıqlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31