Ərdoğandan Avropaya sərt sözlər: "Lal, kar və kor oldunuz"

Bu gün dünyada insan hüquqları deyə bağıranların ən pis keçmişə sahib olmaları təsadüf deyil. İstanbulda baş verən Gəzi hadisələrində insan hüquqları müdafiəsinə qalxanlar Parisdə yaşananlar qarşısında kor, kar və lal oldular.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Mediada Fransa, Hollandiya və Brüsseli izləmədik. Gəzi hadisələrində dünyanı ayağa qaldırdınız. Niyə? Bura Türkiyə olduğu üçün? İndi eyni şəkildə bu hadisələri də yayımlayın! Yayımlamadılar, dürüst deyillər. Bizi demokratiya imtahanına məcbur edənlər, nişangah onlara yönələndə demokratiyanı kənarlaşdırmaqdan çəkinmədilər", - Ərdoğan bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31