“Google”un proqramçısı iş yerində keçindi

"Google" şirkətinin 22 yaşlı proqramçısı Skott Krulçik iş yerində keçinib.

Bu haqda CBS2 telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata  əsasən, S.Krulçik şirkətin Nyu-Yorkdakı ofisində huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə gələn həkimlər gəncin öldüyünü qeydə alıb. Onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Ölüm səbəbi meyitin müayinəsindən sonra açıqlanacaq.

Telekanalın məlumatına əsasən, S.Krulçik "Google" şirkətində proqram mühəndisi işləyib.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31