“Oskar”da aparıcı olmaqdan imtina etdi

Amerikanın məşhur aktyoru Kevin Hart dünyanın ən nüfuzlu mükafat mərasimi hesab edilən "Oskar"da aparıcı olmaqdan imtina edib. 

Əvvəlcə təşkilatçılarla razılığa gələrək aparıcı olacağını elan edən Kevin tvitter səhifəsində müzakirələrə səbəb olacaq açıqlama yayıb. 

O, vaxtilə homoseksuallarla bağlı təhqiredici ifadələrə yer verdiyini, fikirlərinin ictimaiyyət arasında birmənalı qarşılanmadığını qeyd edib.  Hart incitdiyi insanlardan üzr istəyərək "Oskar"da aparıcı olmayacağını elan edib.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31