Rusiya yeni raket gəmisini Krıma göndərdi

Rusiya "Orexovo-Zuyevo" raket gəmisinin sınaqlarını başa çatdıraraq Sevastopola göndərib.

Bunu Rusiya Qara dəniz donanmasının mətbuat xidməti yayıb. Məlumata görə, yeni gəminin Rusiya Hərbi Dəniz Qüvvələrinin arsenalına dekabrın sonunda qəbulu planlaşdırılır.

Qeyd edək ki, Rusiya son illər Krımdakı mövqelərini, xüsusilə də Qara dəniz donanmasını gücləndirir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31